Təhsil 365 - Logo Mobile

Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər

17006.08.2026 - 06:48
Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər

Qlobal əhalinin sayının 2200-cü ilə qədər təxminən 4 milyarda enməsi təbii sərvətlərə təzyiqi azalda, iqlim dəyişikliyinin təsirlərini zəiflədə və vəhşi təbiətin bərpasına şərait yarada bilər. Bu nəticə “Sustainable Development” jurnalında dərc olunan yeni elmi tədqiqatda yer alıb.

“Tehsil365”in xarici mediaya istinadən yayılan məlumata görə, tədqiqatçılar 1970–2020-ci illər üzrə qlobal statistik göstəriciləri təhlil edərək əhali artımını karbon qazı emissiyaları, enerji və şirin su istehlakı, mineral hasilatı, plastik istehsalı, pestisid istifadəsi, ekoloji iz və vəhşi təbiət populyasiyalarındakı dəyişikliklərlə müqayisə ediblər.

Araşdırma göstərir ki, son 50 ildə dünya əhalisi iki dəfədən çox artdığı halda, enerji istehlakı təxminən üç dəfə, mineral hasilatı dörd dəfə, plastik istehsalı isə 13 dəfəyədək yüksəlib.

Alimlərin hesablamalarına görə, hazırda planetdə hər bir insan üçün ildə orta hesabla 7 ton mineral hasil olunur. Adambaşına düşən plastik istehsalı isə 1970-ci ildəki 10 kiloqramdan az göstəricidən 60 kiloqrama yüksəlib. Eyni zamanda, ümumi karbon emissiyaları iki dəfədən çox artsa da, adambaşına düşən illik emissiya nisbətən az dəyişərək 3,87 tondan 4,09 tona çatıb.

Tədqiqatçılar gələcəklə bağlı iki mümkün ssenarini təqdim ediblər. Müsbət ssenariyə əsasən, dünya əhalisi 2100-cü ildə 6,9 milyarda, 2200-cü ildə isə təxminən 4,1 milyarda enə bilər. Bu halda illik karbon emissiyalarının 32 milyard tondan 16 milyard tona, plastik istehsalının isə 460 milyon tondan 54 milyon tona qədər azalacağı və təbii ekosistemlərin bərpası üçün imkan yaranacağı qeyd olunur.

Digər ssenaridə isə qlobal əhalinin əsrin sonuna qədər 11,4 milyarda, 2200-cü ilə qədər isə 21,2 milyarda çatacağı proqnozlaşdırılır. Bu halda plastik istehsalının 13 milyard tonu keçəcəyi, enerji istehlakının bir neçə dəfə artacağı və vəhşi təbiət populyasiyalarının kritik həddə çatacağı ehtimal edilir.

Bununla yanaşı, müəlliflər bildirirlər ki, təqdim olunan rəqəmlər dəqiq proqnoz deyil, tarixi tendensiyalar əsasında hazırlanmış modelləşdirmənin nəticələridir. Araşdırma gələcək texnoloji yenilikləri, siyasi qərarları və regional xüsusiyyətləri tam əhatə etmir.

Tədqiqatda məcburi doğum məhdudiyyətləri deyil, könüllü ailə planlaşdırılması, reproduktiv sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi, qızların təhsil imkanlarının artırılması və qadınların ailə planlaşdırılması ilə bağlı sərbəst qərar verməsinin dəstəklənməsi tövsiyə olunur.

Müəlliflər həmçinin diqqətə çatdırırlar ki, yüksək gəlirli ölkələrdə adambaşına enerji istehlakı aşağı gəlirli ölkələrlə müqayisədə orta hesabla 13 dəfə çoxdur.

Fidan Məmmədli

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36