Təhsil 365 - Logo Mobile

İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə

24211.08.2026 - 06:32
İxtisas Seçimi və Məsləhətlər: Xanlar Xanlarzadə

"Son zamanlarda ixtisas seçimi mövzusunda bir çox fikirlər mövcuddur. Təbii ki, düzgün seçim abituriyentin öz iradəsi ilə başlasa da, peşəkar nəticə məhz düzgün metodik vəsaitlər və təhlillərlə formalaşır. Yaxşı nəticə əldə etmək üçün plan yerlərini müqayisə etmək, bal intervallarını izləmək və düzgün alqoritm qurmaq kimi bacarıqlar məhz mütəmadi olaraq edilən araşdırmalarla mümkündür. Bunun bariz nümunəsi kimi ötən illərin statistikasını oxumaq kifayət edir"

Bu fikirləri “Tehsil365”ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

— Hörmətli Xanlar müəllim, abituriyentlərin ixtisas seçimi prosesi hər il ən çox həyəcan doğuran məqamlardan biridir. Bu prosesi hər kəs özü müstəqil şəkildə həyata keçirməlidirmi?

— “Mən düşünürəm ki, hər bir abituriyent özü ixtisas seçimini həyata keçirməlidir. Çünki bu, əslində elə bir prosesdir ki, texniki baxımdan bəzən abituriyentlər hansısa yanlışlığa yol verə biləcəklərindən ehtiyat edirlər. Amma proqram təminatı elə qurulub ki, orada hansısa kodu səhv yazmaq mümkün deyil. Yəni sistem dərhal abituriyentə hansısa səhvə yol verdiyini göstərir. Ən əsas məqam da məhz bundan ibarətdir ki, abituriyentlər narahat olmasınlar”.

— Bəs abituriyentlər düzgün seçim etmək üçün hansı vəsaitlərdən və mənbələrdən yararlanmalıdırlar?

— “Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək etmək üçün müxtəlif metodik vəsaitlər dərc edir. İlk növbədə, "Abituriyent" jurnalının 4-cü sayı buraxılır. Həmin jurnalda qəbul aparılan ixtisasların siyahısı ilə tanış olmaq lazımdır. Hansı ali təhsil müəssisələrində hansı ixtisaslar mövcuddur və onların kodları məhz həmin nəşrdə yerləşdirilib”.

— Keçid ballarını proqnozlaşdırarkən və ya təhlil edərkən nələrə diqqət yetirilməlidir?

— “Burada müqayisələr aparmaq vacibdir. Məsələn, plan yerləri ötən illərlə müqayisədə çoxdur, yoxsa az? Əgər yerlərin sayı çoxdursa, bu, keçid balının daha aşağı formalaşmasına imkan verə bilər. Yox, əgər plan yerlərinin sayı azdırsa, əksinə, keçid balı daha yuxarı ola bilər. Birinci nəzərə almalı olduqları məsələ məhz bu plan yerlərinin müqayisəsidir.

İkinci bir məsələ isə Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərin müsabiqə nəticələrinin, topladıqları balların 10 ballıq intervallarla təqdim olunmasıdır. Hər bir abituriyent fərdi imtahan nəticəsinin hansı intervalda olduğunu müəyyən edə bilər. Bu, bizə imkan verir ki, görək müəyyən bal intervalında (məsələn, 500-dən, 600-dən yuxarı) abituriyentlərin sayı nə qədərdir. 150 baldan 200 bala qədər də bu intervalları təqdim edirik. Abituriyentlər ötən illə müqayisə aparırlar: ötən il 500-dən yuxarı bal toplayanların sayı nə qədər idi? Müsabiqə iştirakçılarının sayı çoxalırsa, keçid balı daha yuxarı formalaşa bilər; azalırsa, aşağı düşə bilər. Bu alqoritmi onlar izləməlidirlər. Əlbəttə, kimsə hansısa ixtisasın keçid balına 100% zəmanət verə bilməz, amma təqribi olaraq balların hansı istiqamətdə formalaşacağını müəyyənləşdirmək mümkündür”.

— Sonda abituriyentlərə və valideynlərə nə məsləhət görürsünüz? Əgər texniki çətinliklər yaranarsa, harasa müraciət etmək olarmı?

— “DİM hər il yekun nəticələr və təhlillər apardıqdan sonra hər bir ixtisas qrupu üzrə real mənzərəni təqdim edir. Əgər abituriyentlər illər üzrə bu metodik materiallara baxsalar, valideynləri ilə birlikdə bu prosesi rahatlıqla həyata keçirə bilərlər. Hansısa texniki dəstəyə ehtiyac yaranarsa, abituriyentlər məsləhət mərkəzlərinə müraciət edə bilərlər. DİM-in fəaliyyət göstərən məsləhət mərkəzləri müxtəlif ali təhsil müəssisələrində — Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Odlar Yurdu Universitetində, Azərbaycan Universitetində, Bakı Biznes Universitetində, Xəzər Universitetində və digər yerlərdə mövcuddur. Hətta ixtisas seçimi günlərində həm Bakı şəhərində, həm də rayonlarda Səyyar abituriyent məsləhət mərkəzləri yaradırıq ki, texniki dəstəyə ehtiyacı olanlar yaxınlaşsınlar və onlara lazım olan köməklik göstərilsin”.

Sonda Xanlar Xanlarzadənin sözlərinə görə, abituriyentlərin uğurlu ixtisas seçimi etməsi üçün həm mövcud plan yerlərini, həm də DİM tərəfindən təqdim olunan bal intervallarını dəqiq təhlil etmələri vacibdir. O hesab edir ki, hər bir gənc bu prosesə məsuliyyətlə yanaşmalı, çətinlik çəkdikdə isə ölkə üzrə fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinin və səyyar xidmətlərin dəstəyindən yararlanmalıdır.

Ayşən Cəlilova

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05