Təhsil 365 - Logo Mobile

"Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva

15012.08.2026 - 05:58
 "Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva

“Son zamanlarda gənclərdə ən çox rast gəlinən psixoloji problemlər sırasında təşviş, depressiv əlamətlər, özünəinamın azalması, emosional tükənmə, sosial təcrid və motivasiya problemləri xüsusi yer tutur”.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Mətanət Əliyeva deyib.

Psixoloq bildirib ki, müasir gənclər bir tərəfdən təhsil, karyera və gələcəklə bağlı yüksək gözləntilərlə, digər tərəfdən isə sosial mühit və rəqəmsal dünyanın yaratdığı əlavə təzyiqlərlə qarşılaşırlar. Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır. Gələcəklə bağlı qeyri-müəyyənlik, uğursuzluq qorxusu, imtahanlar, iş tapmaq və maddi müstəqillik qazanmaq kimi məsələlər davamlı daxili gərginlik yarada bilər. Bu gərginlik uzun müddət davam etdikdə yuxu problemləri, diqqət dağınıqlığı, əsəbilik, tez yorulma və müxtəlif somatik şikayətlərlə də özünü göstərə bilər.

“Digər aktual problemlərdən biri emosional tükənmədir. Gənclərdən daim uğurlu, məhsuldar və aktiv olmaq gözlənilir. Təhsil, iş və şəxsi həyat arasında balans qurulmadıqda insan özünü tükənmiş, motivasiyasız və emosional olaraq boş hiss edə bilər. Bəzən isə bu vəziyyət sadəcə yorğunluq kimi qəbul edilir və problem dərinləşənə qədər psixoloji dəstəyə müraciət edilmir. Müasir dövrdə ekran və sosial media asılılığı da ayrıca diqqət tələb edən məsələlərdəndir. Sosial şəbəkələrdə başqalarının ideal həyat görüntülərinə davamlı baxmaq gənclərdə müqayisə, yetərsizlik hissi və öz bədənindən və ya həyatından narazılıq yarada bilər. Eyni zamanda gec saatlara qədər telefondan istifadə yuxu rejiminə, diqqətə və gündəlik funksionallığa mənfi təsir göstərə bilər. Virtual ünsiyyətin artması bəzi gənclərdə real sosial münasibətlərin zəifləməsinə və tənhalıq hissinin güclənməsinə də səbəb ola bilir”.

Onun sözlərinə görə, bununla yanaşı, münasibətlərdə çətinliklər, ailə ilə konfliktlər, şəxsiyyət və özünü tanıma problemləri, perfektsionizm və özünü daim başqaları ilə müqayisə etmək də gənclərin psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bəzi hallarda bu problemlər özünəqapanma, aqressiya, riskli davranışlar və ya özünəzərər davranışlarına qədər inkişaf edə bilər. Burada vacib məqam hər bir kədər, yorğunluq və ya narahatlığı dərhal psixoloji pozuntu kimi qiymətləndirməməkdir. Lakin bu əlamətlər uzun müddət davam edirsə, gəncin təhsilinə, işinə, münasibətlərinə və gündəlik həyatına təsir göstərirsə, artıq mütəxəssis dəstəyinə müraciət etmək məqsədəuyğundur.

“Mən hesab edirəm ki, gənclərlə bağlı ən vacib məsələlərdən biri onların problemlərini kiçiltməmək və “sənin yaşında nə problemin ola bilər?” yanaşmasından uzaq durmaqdır. Bəzən gəncin ehtiyac duyduğu ilk şey məsləhət deyil, sadəcə mühakimə olunmadan dinlənilmək və başa düşüldüyünü hiss etməkdir”-deyə Mətanət Əliyeva qeyd edib.

Nuray Babayeva

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45