Təhsil 365 - Logo Mobile

Tofiq Abbasov: "Biz idxaldan asılılığımızı azaltmalı və texnoloji suverenliyimizi təmin etməliyik"

14014.08.2026 - 14:10
Tofiq Abbasov: "Biz idxaldan asılılığımızı azaltmalı və texnoloji suverenliyimizi təmin etməliyik"

Müasir dünyada təhsil təkcə sosial sahə deyil, həm də dövlətlərin geoiqtisadi və geosiyasi rəqabətində əsas güc alətidir. Bəs Azərbaycanın təhsil sistemi ölkəmizin regiondakı liderlik iddialarını və strateji hədəflərini nə dərəcədə dəstəkləyir?

​Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “Tehsil365”*ə öz dəyərli fikirlərini bölüşüb:

​"Təhsil sistemi elə bir dinamik sahədir ki, burada günbəgün, bəlkə də saatbasaat dəyişikliklər baş verir. Bu sahədə islahatlara həmişə geniş meydan verilir və həmin islahatlar öz konstruktiv rolunu oynayır. İslahatların ana xəttini tədris proqramlarının genişləndirilməsi, tədris ocaqlarında elmlərin daha dərindən mənimsədilməsi və şagirdlərlə tələbələrin bilik əldə etməyə həvəsinin artırılması təşkil edir.

​Hər yerdə olduğu kimi, bizdə də özümüzəməxsus spesifik problemlər mövcuddur. İndi görürük ki, humanitar sahədə mütəxəssislərimiz və tələbələrimiz fəaldırlar. Lakin bu, günün tələblərinə tam cavab verən göstərici deyil. Əksinə, biz texniki elmləri gücləndirməliyik. Təsadüfi deyil ki, AMEA da iki istiqamətə — humanitar və texniki sahələrə ayrıldı.

​Bizim texnoloji suverenliyi qazanmağımız üçün texniki sahəyə diqqətimiz kəskin artmalıdır. Həvəsləndirici mexanizm və modelləri həm işləyib hazırlamalı, həm də tətbiq etməliyik. Dünyada mütərəqqi hesab olunan startap mühitini ali təhsil ocaqlarında geniş tətbiq etməliyik.

​Bu gün Azərbaycanın müdafiə sisteminə böyük ehtiyacı var. Dövlət rəhbərliyi ordumuza və müdafiə sistemimizə hər zaman artan büdcə ayırır. Biz ən son, müasir silahları əldə edirik, həmçinin Slovakiya, Rusiya və digər ölkələrlə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq edirik. Lakin indi hazırladığımız kadrları məhz bu sahələrə yönəltməliyik ki, onlar elmi tədqiqatlar aparsınlar, startaplarda öz imkanlarını reallaşdırsınlar və biz idxaldan olan asılılığımızı azaldaq.

​Texniki tədris sahəsindəki boşluqları mütləq doldurmalıyıq. Universitetlər və fakültələr iqtisadi kompleksimizin ehtiyaclarını nəzərə alaraq tədris proqramlarını yeniləməli, ciddi islahatlar aparmalıdırlar. İndi süni intellekt və rəqəmsallaşma dövrüdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi beynəlxalq layihələrdə aparıcı qüvvədir. Dənizin dibi ilə kabel çəkilir, süni intellekt bacarıqları yeni sahələrə tətbiq olunur. Bütün bunlar tədris proqramlarında öz əksini tapmalıdır.

​Ali təhsil müəssisələri və kolleclər öz fəaliyyətini bu ruha uyğun qurmalı, islahatları sürətləndirməlidirlər. Dünyada böyük rəqabət var; vaxtında lazımi texnologiyaları ala bilməyən ölkələr geridə qalırlar. Biz də xarici asılılığımızı azaltmalı, ən vacib sahələrdə özümüzü yeni texnologiyalar və 'know-how'larla təmin etməliyik."

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45