Təhsil 365 - Logo Mobile

Telman Nüsrətoğlu: "İnsan kapitalımızın potensialını aktiv intellektual gücə çevirməliyik"

15514.08.2026 - 14:16
Telman Nüsrətoğlu: "İnsan kapitalımızın potensialını aktiv intellektual gücə çevirməliyik"

​Müasir dünyada təhsil həm də dövlətin "yumşaq gücü" və strateji təhlükəsizlik faktorudur. Bəs Azərbaycanın təhsil sistemi və insan kapitalı ölkəmizin gələcək inkişaf hədəflərini nə dərəcədə dəstəkləyir?

​Məsələ ilə bağlı politoloq Telman Nüsrətoğlu “Tehsil365”*ə öz dəyərli fikirlərini bölüşüb:

​"Əvvəla oradan başlamaq lazımdır ki, Azərbaycan insanı və ailəsi təhsilə çox büyük önəm verir. Hətta bəzən öz məhdud maddi imkanlarının çərçivəsini aşaraq övladını ən yaxşı məktəblərdə, universitetlərdə oxutdurmağa çalışır.

​Bizim insanımız çox istedadlıdır, zəkidir və çalışqandır. Bunu açıq şəkildə görə bilirik, çünki bu gün dünyanın fərqli universitetlərində azərbaycanlı elm adamlarının, akademisiyanların necə uğurlu layihələr həyata keçirdiyini, dərs dediklərini görürük. Dolayısı ilə, insanımızın potensialı yüksəkdir.

​Lakin bu potensialın aktiv bir intellektual gücə çevrilməsi və gələcək nəsillərin çağla yarışacaq bir nəsil ola bilməsi üçün təhsil sisteminin içərisində çevik mexanizmlər və islahatlar həyata keçirilməlidir. Bu gün biz sürətlə dəyişən dinamizmini itirməyən bir çağın içindəyik. Süni intellekt və yüksək texnologiyalar artıq elə bir səviyyədədir ki, demək olar ki, hər ay, hər il yeni-yeni icadlarla qarşı-qarşıya qalırıq.

​Belə bir templə dəyişən informasiya çağında məktəblərimizi və universitetlərimizi buna uyğun qurmalıyıq. Xüsusilə praktiki biliklərə, təcrübəyə, fabrik və zavodlarla universitet mühitinin bərabər çalışmasına böyük ehtiyac var. Dünyada başarılı universitetlərin hamısının arxasında məhz bu model dayanır.

​Digər tərəfdən, texnoparklar və AR-GE (Tədqiqat və İşlənmə) mərkəzləri qurulmalıdır. Təəssüf ki, bizdə universitetlərin mövcud vəziyyətinə baxsaq, hələ ki istənilən yaxşı səviyyədə deyilik. Ona görə də bu istiqamətdə dövlətin islahatlar aparması ilə yanaşı, universitetlərin akademik dairələrində də dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var.

​Azərbaycan gəncləri Dövlət Proqramı çərçivəsində xaricdəki qabaqcıl universitetlərdə oxuyub qayıdırlar, dövlətimiz də bu gənclərin yetişməsinə kömək edir. Biz həmin gənclərin də potensialından xüsusilə istifadə etməliyik. Ölkəmizdəki bir neçə qabaqcıl universiteti daha da dəstəkləyərək, onların texniki və fiziki imkanlarını artırmalıyıq.

​Təbii ki, akademik heyət və elm xadimləri yüksek maaş almalı, onlar üçün yaxşı şərait yaradılmalıdır. Bu yalnız universitetlərdə deyil, orta məktəblərdən başlayan bir prosesdir. İnşallah, yavaş-yavaş biz də bütün bu vacib islahatları vaxtında həyata keçirərək universitetlərimizi dünyanın önəmli universitetlərinin sıralamasına daxil edə biləcəyik."

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45