Təhsil 365 - Logo Mobile

Cəmşid Bəxtiyar: "Məktəblərdə ekoloji bilik yetərli deyil, bizə ekoloji təfəkkürlü nəsil lazımdır"

15214.08.2026 - 16:52
Cəmşid Bəxtiyar: "Məktəblərdə ekoloji bilik yetərli deyil, bizə ekoloji təfəkkürlü nəsil lazımdır"

Məktəblərdə keçirilən dərslər şagirdlərdə real ekoloji təfəkkür formalaşdırmağa yetərlidirmi? Mövcud təhsil proqramında və ya yanaşmada şəxsən nəyi dəyişmək istərdiniz?

​Məsələ ilə bağlı ekspert Cəmşid Bəxtiyar “Tehsil365”*ə öz dəyərli fikirlərini bölüşüb:

​"Məktəblərdə keçirilən dərslər şagirdə müəyyən dərəcədə ekoloji bilik vermək baxımından kifayətdir, lakin real ekoloji təfəkkür formalaşdırmaq baxımından bunu qənaətbəxş hesab etmirəm. Bu iki məsələyə ayrı-ayrılıqda münasibət bildirmək lazımdır.

​Azərbaycanın təhsil kurikulumunda inteqrativlik, şagirdyönümlülük, nəticəyönümlülük və praktik bacarıqların inkişafı kimi prinsiplər nəzərdə tutulub. Son illərdə təbiət, biologiya, kimya və digər fənlərin kurikulumları yenilənib. Mətbuatdan və Təhsil Nazirliyinin rəsmilərinin çıxışlarından da görürük ki, 'Yaşıl məktəb', 'Məktəblərdə ekologiya ayı' kimi layihələr həyata keçirilir.

​Lakin əsas məsələ məlumatdan davranışa keçiddir. Uşaq dərsdə 'suyu qorumaq lazımdır', 'plastiki azaltmaq lazımdır', 'iqlim dəyişir' kimi nəzəri bilikləri öyrənə bilər, lakin bunun onun gündəlik davranışlarına təsiri zəifdir. Ekologiyanın gündəlik davranışa çevrilməsi üçün o, yalnız dərsin mövzusu değil, məktəbin həyat tərzi olmalıdır.

​Mənə qalsa, ekologiyanı ayrıca mövzu deyil, bütün fənləri birləşdirən ortaq xətt edərdim. Məsələn, Xəzər dənizi haqqında biliklər yalnız coğrafiyada deyil, biologiyada biomüxtəliflik, fizikada suyun xüsusiyyətləri, kimyada çirklənmə, riyaziyyatda su səviyyəsinin dəyişməsi üzrə hesablamalar, Azərbaycan dilində isə esse və ya inşa mövzusu ola bilər.

​Dərsi sinifdən təbiətin qoynuna çıxarardım. Ekologiya dərsləri sinifdə deyil, konkret təbiət guşələrində keçirilməlidir. Şagird məktəbin su sərfiyyatını ölçsün, tullantıları təsnif etsin, ağacları müşahidə etsin, torpağın vəziyyətini, yaxınlıqdakı çayın və ya gölün problemlərini araşdırsın. Azərbaycanda belə praktik və interaktiv ekoloji proqramların nümunələri ara-sıra olub və bunu etiraf etmək lazımdır.

​Ekoloji layihələri məcburi praktik fəaliyyətə çevirərdim. Hər sinif bir il ərzində konkret problemi həll etməyə çalışsın. Məsələn: 'Məktəbimizdə tullantıların 20-40%-ni necə azalda bilərik?', 'Məktəbdə su itkisinin qarşısını necə ala bilərik?' və ya 'Məktəbimizin həyətini quşlar və həşəratlar üçün necə daha əlverişli edə bilərik?' kimi layihələr üzərində işləməyə uşaqları təşviq etmək lazımdır.

​Uşağa hazır cavab deyil, seçim və məsuliyyət vermək lazımdır. Ekoloji təfəkkür o zaman yaranır ki, uşaq səbəb-nəticə əlaqəsini özü görür və hiss edir. Kendi hərəkəti nəticəsində hansı tullantının yarandığını, onun torpağa, suya və canlılara təsirini dərk etməlidir. Bu uşaqlar əbədi məktəbli deyillər, onlar sabahın şüurlu vətəndaşları, idarə müdirləri, məmurları, nazirləridirlər. Onlar bu təfəkkürlə ali məktəbə getsələr, həqiqətən ətraf mühit problemlərini öz ailə problemindən öncə görən şəxsiyyətlər yetişdirmiş olarıq.

​Qiymətləndirmə də dəyişməlidir. 'İqlim dəyişməsinin səbəblərini sadala' sualı əvəzinə 'Məktəbimizin enerji sərfiyyatını 10-15% azaltmaq üçün nə təklif edərdin?' kimi tapşırıqlar verilməlidir. Ekoloji təhsili yalnız təbiəti qorumaq mövzusundan çıxarıb insanın təbiətlə münasibəti mövzusuna çevirmək lazımdır. Uşaq ağacı sadəcə oksigen verən obyekt kimi deyil, qarşılıqlı əlaqədə olduğu canlı sistemin bir parçası kimi görməlidir.

​Azərbaycan qanunvericiliyində də ekoloji təhsilin müxtəlif pillələrdə məcburi proqramlarla əlaqələndirilməsi nəzərdə tutulub. Mənim düşündüyüm məktəb modeli ekologiyanı sadəcə öyrənən deyil, ekoloji təfəkkürlə yaşayan uşaq modelidir. Bu iki anlayış arasında fərq çox böyükdür.

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45