Təhsil 365 - Logo Mobile

Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində - FOTOLAR

22915.08.2026 - 07:38
Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində - FOTOLAR

Düşərgənin əsas məqsədi gənclərin süni intellekt və innovativ texnologiyalar barədə məlumatlılığını artırmaq,onların imkanlarından səmərəli və məsuliyyətli istifadə ilə bağlı maarifləndirmək, gələcəyin əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırmaq və innovativ düşüncə tərzini təşviq etmək olub. Düşərgə çərçivəsində gənclər süni intellektin təhsil, karyera, yaradıcılıq və gündəlik həyatdakı tətbiq imkanları ilə tanış olmaqla yanaşı, texnoloji inkişafın yaratdığı yeni çağırışlar, rəqəmsal etika və gələcəyin peşələri barədə fikir mübadiləsi aparıb, bu istiqamətlər üzrə müxtəlif fəaliyyətlərdə iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, Düşərgənin 5 günlük proqramı müddətində peşəkarların iştirakı ilə keçirilən “Yüksəliş masası”, “Xarici universitetlərə müsahibə zamanı nələr etməli?”, “Xaricdə təhsil: Gözləntilər və reallıq” və “Qlobal imkanlardan uğurlu karyeraya: Təhsil, təcrübə və inkişaf” adlı panel görüş və praktiki sessiyalarda gənclər süni intellekt və innovasiyanın təhsil və karyeraya təsiri, gələcəyin əmək bazarının tələbləri, beynəlxalq təhsil imkanları, xarici universitetlərə qəbul və müsahibə prosesinə hazırlıq, qlobal imkanlardan səmərəli istifadə, şəxsi və peşəkar inkişaf barədə dünyagörüşlərini artırıb və faydalı tövsiyələr əldə ediblər. Həmçinin, gənclər “Ali təhsildə yeni trendlər: Süni intellekt, innovasiya və karyera” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə və “Azərbaycanın qədim dövlətçilik ənənələri” mövzusunda isə Azərbaycanın Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənov ilə görüşüblər.

Maarifləndirici fəaliyyətlərlə yanaşı, yoqa, zumba məşqi, master-klasslar, vörkşoplar, intellektual oyun, idman yarışları, haykinq və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya gənclərin həm öyrədici, həm də əyləncəli zaman keçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən musiqili fəaliyyətlər, gənclərin sevimli müğənnilərinin ifaları, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlər düşərgənin dostluq və komanda ruhunu daha da möhkəmləndirib.

Qeyd edək ki, “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.  

Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest’in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

Ayşən Cəlilova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36