Təhsil 365 - Logo Mobile

Psixoloq-Mirsadiq Muxtarov: “İmtahan stressini yalnız imtahanın özü ilə əlaqələndirmək düzgün olmaz”

16715.08.2026 - 15:17
Psixoloq-Mirsadiq Muxtarov: “İmtahan stressini yalnız imtahanın özü ilə əlaqələndirmək düzgün olmaz”

​“İmtahan stressini yalnız imtahanın özü ilə əlaqələndirmək düzgün olmaz. Burada qiymətləndirmə sisteminin xüsusiyyətləri ilə yanaşı, ailənin gözləntiləri, müəllimlərin münasibəti, uşağın özünə qoyduğu tələbləri və gələcəklə bağlı narahatlıqları da mühüm rol oynayır”. Bu sözləri “Tehsil365”*ə açıqlamasında Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov bildirib.

​M.Muxtarovun sözlərinə görə, cəmiyyətdə qiymətin uşağın şəxsi dəyərini müəyyən edən əsas göstərici kimi qəbul edilməsi psixoloji təzyiqi artırır:

​“Çox təəssüf ki, bu gün cəmiyyətimizdə xüsusilə qiymətin uşağın şəxsi dəyərini müəyyən edən əsas göstərici kimi qəbul edilməsi psixoloji təzyiqi artırır. Həmin halda da, şagird imtahanı sadəcə biliklərinin yoxlanılması kimi deyil, özünü sübut etməli olduğu vasitə kimi qəbul etməyə başlayır”.

​O, valideynlərin akademik gözləntilərinin uşaq psixologiyasına təsirlərinə də diqqət çəkib:

​“Düşünürəm ki, müasir dövrdə valideynlərin övladlarından yüksək akademik nəticə gözləməsi müəyyən mənada başadüşüləndir. Buna baxmayaraq bu gözlənti uşağın qabiliyyətini, emosional vəziyyətini nəzərə almadan davamlı təzyiq formasına çevrildikdə artıq bu problem yarada bilir. Uşaq daim daha yüksək nəticə göstərməli olduğunu düşünürsə, onda uğursuzluq qorxusu, narahatlıq, özünəinamın azalması, perfektsionizm və emosional tükənmə yarana bilir. Aydın məsələdir ki, qeyd edilənlər də uzun müddətdə ciddi psixi problemlər formalaşdıra bilir. Bəzi hallarda isə uşaq nəticə əldə edə bilməyəcəyindən qorxduğu üçün ümumiyyətlə cəhd etməkdən və məsuliyyətdən qaçmağa başlayır”.

​Mütəxəssis xüsusilə vurğulayıb ki, psixoloji travma ifadəsindən istifadə edərkən müəyyən məqamlara diqqət yetirmək vacibdir:

​“Hər yüksək akademik tələb uşağa travma yaratmır. Əsas məsələ valideynlər tərəfindən tələbkarlığın hansı formada edilməsidir. Uşağın davamlı şəkildə müqayisə edilməsi, yalnız nəticəsinə görə qiymətləndirilməsi, uğursuzluğunun tənqid olunması ciddi psixoloji nəticələrə səbəb ola bilər. Belə mühitdə böyüyən uşaq zamanla öz dəyərini yalnız nailiyyətləri ilə ölçməyə başlaya bilər. Uzunmüddətli periodda da, bu yanaşma yalnız təhsil prosesinə deyil, uşağın şəxsiyyətinə də təsir göstərə bilər. Belə uşaqlarda xroniki narahatlıq, özünə qarşı həddindən artıq tənqidi münasibət, səhv etməkdən qorxma, sosial münasibətlərdə özünü müqayisə etmə müşahidə oluna bilir. Ona görə də valideynin əsas məqsədi yalnız yüksək bal və nəticə tələb etmək deyil, uşağın öyrənmə motivasiyasını, özünəinamını və psixoloji dayanıqlığını qorumaq olmalıdır”.

​Son olaraq psixoloq sağlam akademik mühitin əhəmiyyətini qeyd edib:

​“Son olaraq unutmaq olmaz ki, əslində sağlam akademik mühitdə uşaq həm məsuliyyətli olmağı, həm də uğursuzluğun həyatın normal bir hissəsi olduğunu öyrənməlidir. Başqa sözlə, uşaq anlamalıdır ki, onun dəyəri yalnız qazandığı nəticə və qiymətlə müəyyən olunmur, cəhd etdiyi hər addım onun və ətrafındakı əzizləri üçün də bir o qədər dəyərlidir”.

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45