Təhsil 365 - Logo Mobile

Respublika Gözdən Əlillər Kitabxanasının 45 Illik Yubileyi Qeyd Olunub

21418.08.2026 - 08:51
Respublika Gözdən Əlillər Kitabxanasının 45 Illik Yubileyi Qeyd Olunub

Respublika Gözdən Əlillər Kitabxanasının fəaliyyətə başlamasından 45 il ötür.

“Tehsil365” xəbər verir ki, Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci il iyunun 1-də Azərbaycan Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin Cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” adı ilə fəaliyyətə başlayıb.

Gözdən əlillərə kitabxana-informasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərində yerləşən kitabxana və fonotekalarının mərkəzləşdirilməsi zərurəti yaranıb. Bu məqsədlə Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli, 11 nömrəli qərarı ilə Respublika Mərkəzi Kitabxanasının yaradılması barədə sərəncam verilib. 1 iyun 1981-ci ildə kitabxana fəaliyyətə başlayıb.

Kitabxananın əsas vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkanları məhdud olan oxuculara isə səyyar kitabxana xidməti göstərilir.

Kitabxananın fəaliyyətinin ilk illərində fond əsasən Azərbaycan Korlar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən səsyazma studiyasında lentə alınmış rulonlardan, Ümumrusiya Korlar Cəmiyyətinin “Loqos” səsyazma studiyasından və Ukrayna Korlar Cəmiyyətinin səsyazma studiyasından əldə edilmiş rulonlardan, eləcə də Brayl kitablarından ibarət olub.

SSRİ-nin dağılmasından sonra yaranmış siyasi və iqtisadi vəziyyətlə əlaqədar kitabxananın fonduna yeni kitabların daxil olması mümkün olmayıb. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində yaranan maliyyə çətinlikləri səbəbindən kitabxanada çalışan işçilərə əməkhaqqının verilməsi və yeni “danışan kitablar”ın alınması da mümkün olmayıb.

Belə bir şəraitdə kitabxana 1 yanvar 1994-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilib və “Respublika Korlar Kitabxanası” adlandırılıb.

1999-cu ildən Rusiya ilə əlaqələrin bərpası nəticəsində kitabxanaya yeni kitabların gətirilməsinə başlanılıb. 2002-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətində yaradılmış studiyada milli dildə kitabların səsləndirilməsinə, 2006-cı ildən isə yeni yaradılmış tipoqrafiyada Azərbaycan dilində Brayl şrifti ilə kitabların çapına başlanılıb.

2004-cü ilin sonunda kitabxananın əsaslı təmirinə başlanılıb, 2005-ci ildə təmirdən sonra kitabxananın təntənəli açılışı keçirilib. Təmir zamanı kitabxana yeni texniki avadanlıqlarla təchiz olunub, müasir səsyazma studiyası yaradılıb.

2006-cı ilin mart ayından kitabxananın adı dəyişdirilərək “Gözdən Əlillər üçün Respublika Kitabxanası” adlandırılıb.

Bu gün kitabxanada bütün yaş kateqoriyalarını əhatə edən oxuculara xidmət göstərilir. Kitabxanaçıların əsas vəzifələrindən biri hər bir oxucuya fərdi yanaşmaqdır. Bu zaman oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi və digər xüsusi amillər nəzərə alınır.

Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir. Sonradan əlillik qazanan oxuculara kiril və latın qrafikalı Brayl əlifbası öyrədilir, “Caus” ekran oxuma proqramı ilə təchiz olunmuş kompüterlərdən istifadə vərdişləri aşılanır.

Hazırda kitabxananın 1200 oxucusu var. Son 5 il ərzində kitabxananın 25 oxucusu ali və orta ixtisas məktəblərinə qəbul olunub.

Kitabxana fondunun xüsusi nəşrlərlə komplektləşdirilməsi istiqamətində də nəzərəçarpacaq irəliləyiş əldə olunub. Fondun ümumi həcmi 22 min nüsxəyə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə nəşr olunmuş 4976 kitab kitabxanaya hədiyyə edilib.

Kitabxananın fondunun mühüm hissəsini Brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat təşkil edir. İstifadə olunmuş və istismar müddətini bitirmiş disklər kitabxananın səsyazma studiyasında orijinal nüsxədən yeni nüsxələrə köçürülərək yenidən istifadə üçün fonda daxil edilir.

Müasir avadanlıqlarla təchiz olunan kitabxananın səsyazma studiyasında hazırlanan “danışan kitablar”ın artırılmış nüsxələri regionlarda fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinə və Gözdən Əlillər Cəmiyyətinin yerli şöbələrinə təmənnasız təqdim olunur.

Respublika Gözdən Əlillər Kitabxanası fəaliyyətini Respublika Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində qurur. Mütəmadi keçirilən tədbirlər zamanı əlil oxucular arasında sorğular aparılır, fondun yeni ədəbiyyatla komplektləşdirilməsi zamanı oxucuların istəkləri nəzərə alınır.

45 illik fəaliyyət yolu keçən Respublika Gözdən Əlillər Kitabxanası bu müddət ərzində gözdən əlillərin kitabxana-informasiya xidmətlərinə çıxışının təmin olunması, mütaliə imkanlarının genişləndirilməsi və onların informasiya resurslarından istifadəsinin asanlaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Kitabxana 1 iyun 1981-ci ildən etibarən Bakı şəhəri, Həsən Əliyev küçəsi 298/300 ünvanında, dördmərtəbəli binanın zirzəmisində yerləşən 262 kvadratmetr sahədə fəaliyyət göstərir.

Ayşən Cəlilova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36