Təhsil 365 - Logo Mobile

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

14420.08.2026 - 04:44
Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

Avqustun 19-da Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının Məclisə təhkim olunmuş əməkdaşları, eləcə də Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Ramilə Seyidova Uşaq Səfirlər Məclisinin fəaliyyətinin uşaqların hüquq və maraqlarının müdafiəsi, onların ictimai fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi və qərar qəbuletmə proseslərində iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Komitə sədri qeyd edib ki, uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların sosial, hüquqi və ictimai baxımdan fəal vətəndaş kimi formalaşması üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir, müvafiq qərarlar qəbul olunur və onların maraqlarının qorunmasına yönəlmiş tədbirlər davamlı şəkildə təşkil edilir.

Ramilə Seyidova Uşaq Səfirlər Məclisi üzvlərinin fəaliyyətinin müəyyən edilmiş iş planına uyğun olaraq sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini vurğulayıb, Məclisə seçilən uşaqları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı Uşaq Səfirlər Məclisinin fəaliyyəti, uşaqların ictimai həyatda iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və uşaq hüquqlarının təşviqi istiqamətində həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının Məclisə təhkim olunmuş əməkdaşlarının təklifləri dinlənilib.

Naxçıvan Muxtar Respublikası üzrə Uşaq Səfirlər Məclisinin kuratoru Taner Əsgərzadə çıxış edərək bildirib ki, Uşaq Səfirlər Məclisi uşaq hüquqlarının müdafiəsi, uşaqların ictimai həyatda fəal iştirakının təmin edilməsi, öz hüquq və vəzifələrini öyrənərək qərar qəbuletmə prosesində səslərini çatdırmaları məqsədilə yaradılmış Azərbaycanın ilk könüllü uşaq platformasıdır. Qeyd olunub ki, Məclis, eyni zamanda, uşaqların liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə, onların gələcəyin fəal və məsuliyyətli vətəndaşları kimi formalaşmasına xidmət edən mühüm platformadır.

Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən Uşaq Səfirlər Məclisinin nümayəndələrinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Tədbirlər Planının bəndləri müzakirə edilib. Nümayəndələrin iştirakı ilə həyata keçirilə biləcək layihə və təşəbbüslərlə bağlı fikirlər səsləndirilib.

Sonda nümayəndələrə Uşaq Səfirlər Məclisinin nişanları və bayraqları təqdim olunub.

Nuray Babayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36