Təhsil 365 - Logo Mobile

Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI

15221.08.2026 - 15:11
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI

Gənclər və tələbələr arasında radikal və ya yanlış dini cərəyanlara meylin azaldılması, bu kimi mənfi halların baş verməməsi üçün maarifləndirmə işlərinin aparılması müstəsna əhəmiyyət kəsb edir.

​Bu sözləri “Tehsil365*ə açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

​O qeyd edib ki, bu proses müəyyən seminarlar və konfranslar şəklində orta məktəblərin yuxarı siniflərindən başlayaraq ali təhsil müəssisələrində də həyata keçirilməlidir:

​“Gənclərin inanc məsələsinin düzgün tənzimlənməsi və təməllərinin sağlam olması üçün müvafiq işlər görülməlidir. Bəzən orta məktəblərdə dini fənlərin tədris olunması təklif edilir. Lakin bu, gözlənilən effekti verməyə bilər, çünki mürəkkəb məsələdir. Dinlərin, məzhəblərin tədrisi dünyəvi təhsillə uzlaşmaya bilər. Bütün bunlara baxmayaraq, maarifləndirmə və məlumatlandırma vacibdir. Hesab edirəm ki, ölkə təhsilində bu boşluq hələ də qalmaqdadır və öz mənfi fəsadlarını verir”.

​Tural İrfanın sözlərinə görə, bəzən valideynlər hansısa təriqətə mənsub olur və övladlarını da məcburi şəkildə müxtəlif dini ayinlərə qoşurlar, hətta bəzi hallarda onları məktəbdən uzaqlaşdırırlar. Bu kimi halların qarşısını almaq üçün şagird və tələbələrin vaxtında maarifləndirilməsi vacibdir.

​İlahiyyatçı vurğulayıb ki, internet və sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə gənclərin zərərli təsirlərə düşməməsi üçün müəyyən tənzimləmələr aparılmalıdır:

​“Ölkəmizdə Azərbaycan İlahiyyat İnstitutu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Bu qurumlar sağlam dini mühitin və mənəvi dəyərlərin qorunmasına böyük töhfələr verirlər. Hesab edirəm ki, Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə layihələr həyata keçirilməlidir. Hətta bu istiqamətdə müvafiq konsepsiya və ya qanunvericilik bazasının yaradılmasına zərurət yarana bilər”.

​Tural İrfan əlavə edib ki, hər bir vətəndaş öz xalqının, millətinin inancını və tarixini obyektiv şəkildə bilməlidir. Lakin bu sahədə boşluqlar olduğu üçün bəzən gənclər tələbəlik illərindən yanlış cərəyanlara meyllənirlər. Bu da gələcəkdə vətəndaş həmrəyliyini pozur və radikal fikirlərə gətirib çıxarır.

​“Bu sahədə maarifləndirmə apararkən obyektiv mütəxəssislərin cəlb olunması vacibdir. Çünki inanc həssas mövzudur. 'Qaş düzəldən yerdə göz çıxarmamaq' üçün balansı qorumaq lazımdır. Çünki bəzən təbliğat aparan şəxslər subyektivliyə yol verərək gəncləri dünyəvilikdən və təhsildən uzaqlaşdıra bilirlər. Düzgün maarifləndirmə isə yalnız radikal meyllərin deyil, həm də gənclər arasında zərərli vərdişlərin qarşısını alacaq, onların sağlam böyüməsinə vəsilə olacaqdır. Azərbaycançılıq ideologiyası, mədəniyyətimiz və tariximiz gənclərə yekdil və sistemli formada təqdim edilməlidir”, – deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45