Təhsil 365 - Logo Mobile

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

15128.08.2026 - 04:32
BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən mühüm paleolit abidələrindən biri olan Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub.

“Tehsil365” xəbər verir ki, Azıx mağarasında 2024-cü ildən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Almaniyanın Leybnits Arxeologiya Mərkəzinin (LEIZA) iştirakı ilə beynəlxalq tədqiqatlar aparılır. 2026-cı ildən etibarən BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi də layihədə iştirak edir. Tədqiqatlar geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin müxtəlif istiqamətlərində Portuqaliyanın Algarve Universiteti, Danimarkanın Aarhus Universiteti, Polşanın Vrotslav Universiteti və Norveçin Oslo Universitetinin alim və mütəxəssisləri iştirak edirlər. Bu əməkdaşlıq Azıx mağarasının müasir multidissiplinar metodlarla kompleks şəkildə öyrənilməsinə imkan yaradır.

Azıx mağarası arxeoloji ekspedisiyasında iştirak etmək məqsədilə ezam olunan BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov 2024-cü ildən, layihənin ilk tədqiqat mövsümündən etibarən beynəlxalq tədqiqat qrupunun üzvü kimi Azıx mağarasının müxtəlif qazıntı sahələrində supervayzerlik edir. Aparılan qazıntılar nəticəsində Azıx mağarasında yeni keramika nümunələri, daşdan hazırlanmış əmək alətləri və sümük qalıqları üzə çıxarılıb. Araşdırmaların növbəti mərhələsində Azıx mağarasından əldə olunmuş müəyyən arxeoloji materialların BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi və Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzinin imkanlarından istifadə edilməklə bərpası, saxlanması və analiz edilməsi nəzərdə tutulur. Bu istiqamətdə aparılacaq tədqiqatlar arxeologiya ilə materialşünaslıq və digər təbiət elmlərinin imkanlarının birləşdirilməsinə, arxeoloji materiallardan yeni elmi məlumatların əldə edilməsinə və BDU-da müasir arxeometrik yanaşmaların inkişafına şərait yaradacaq.

BDU-nun Azıx mağarasındakı beynəlxalq tədqiqatlara qoşulması Universitetin arxeologiya sahəsində formalaşmış zəngin elmi və tədris ənənələrinin müasir tədqiqat metodları ilə davam etdirilməsi baxımından mühüm addımdır. Bu əməkdaşlıq BDU-nun Azərbaycanın zəngin arxeoloji irsinin tədqiqində iştirak imkanlarını genişləndirəcək, Universitetdə müasir arxeoloji analiz və rəqəmsallaşma üsullarının tətbiqinə, gənc tədqiqatçı və tələbələrin beynəlxalq elmi mühitə inteqrasiyasına töhfə verəcək. Azıx kimi dünya paleolit arxeologiyası üçün xüsusi əhəmiyyət daşıyan bir abidənin beynəlxalq və multidissiplinar metodlarla öyrənilməsində BDU-nun iştirakı regionun ən qədim tarixinin müasir elmi yanaşmalar əsasında araşdırılması, yeni elmi əməkdaşlıqların qurulması və Azərbaycan arxeologiyasının beynəlxalq elmi məkanda mövqeyinin daha da gücləndirilməsi istiqamətində mühüm təşəbbüsdür.

Nuray Babayeva

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05