Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)

15128.08.2026 - 05:35
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 24-də 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

“Tehsil365” DİM-ə istinadən xəbər verir ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947  nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.  Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi və dövlət hesabı əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.84%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. III qrupda müsabiqə iştirakçılarının sayı və plan yerlərinin müqayisəsi əvvəlcədən bizə imkan verirdi ki, müsabiqə vəziyyətinin yüksək olacağını proqnoz edək, həmçinin subbakalavrların şanslarının az olacağı vurğulanmışdı. Müsabiqə nəticələrinə əsasən də, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.

II ixtisas qrupu üzrə də 97.52% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (2319 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.

I ixtisas qrupunda plan yerləri 96.64% dolub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 1197 nəfər qəbul olunub.

IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 91.91% və 93.71% dolub. Bu qruplarda müvafiq olaraq 627 və 72 subbakalavr qəbul olunub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası,  Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti,  Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri 100 %, bundan əlavə, 20 ali təhsil müəssisəsində 95%-dən, 5 ali təhsil müəssisəsində 90%-dən çox dolub. 

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı  4215-dir və ötənilki göstəricidən 2246 nəfər daha azdır. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda  Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28.67%-nin (412 nəfər), Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25.22%-nin (433 nəfər), Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23.28%-nin (474 nəfər) subbakalavr olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 667* (RK üzrə 639, Rİ üzrə 28) plan yeri boş qalıb (bax qeyd). Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 12 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 416-dır. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 447 nəfərdir. Rİ altqrupunda ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.

II ixtisas qrupu üzrə 395* plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 51 nəfərdir.

III ixtisas qrupu üzrə 25* (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir. Burada abituriyentlərin faktiki seçə biləcəyi yalnız bir ixtisas – Kitabxanaçılıq və informasiya (tədris ingilis dilində ) mövcuddur və 5 plan yeri qalıb. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.

IV ixtisas qrupu üzrə 407* plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 138 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 161 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində), Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər

V ixtisas qrupu üzrə 288* plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

*Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunub. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara (aqrar yönümlü ixtisaslar istisna olmaqla) qəbul aparılmır və "Abituriyent" 7 jurnalında verilməyib. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunub.

Nuray Babayeva

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45