Təhsil 365 - Logo Mobile

Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş olub

13601.09.2026 - 14:04
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş olub

Sentyabrın 1-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini 2025-2026-cı tədris ilində bitirən və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan təhsilinin 2025-2026-cı tədris ilindəki nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək, yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib.

Bildirilib ki, məzunların yüksək nəticələri onların bilik, əzmkarlıq və məqsədyönlü fəaliyyətinin, eyni zamanda, valideyn və müəllimlərin fədakar əməyinin nəticəsidir. Bu nailiyyətlər yalnız məzunların şəxsi uğuru deyil, həm də Naxçıvan təhsilinin inkişaf səviyyəsini və regionun yüksək intellektual potensialını nümayiş etdirir.

Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı və milli kadr potensialının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən etibarən gənclərin müasir biliklərə yiyələnməsi, yüksəkixtisaslı milli kadrların hazırlanması və azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin inkişafına və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərilən dövlət dəstəyi insan kapitalının inkişafına verilən yüksək dəyərin ifadəsidir.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin Naxçıvanın təhsil və elm mühitinin inkişafına göstərdiyi diqqətdən də danışıb. Qeyd edib ki, dövlət başçısının bu il avqustun 11-də Naxçıvana səfərindən bir gün sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin nəzərdə tutulması regionda gənclərin təhsil imkanlarının genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və müasir idarəetmə mexanizmlərinin tətbiqinin ölkənin inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Naxçıvanın da bu inkişaf prosesinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq regionda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin geniş perspektivlər açdığı bildirilib.

Sonra I ixtisas qrupu üzrə muxtar respublika birincisi Gülay Aslanovanın valideyni Nailə Aslanova çıxış edərək, övladının yüksək nəticə göstərərək tələbə adını qazanmasından duyduğu qürur və sevinc hisslərini bölüşüb. O, gənclərin uğurlarında valideyn və müəllimlərin əməyinin mühüm rol oynadığını vurğulayıb.

2025-2026-cı tədris ilində qəbul imtahanlarında muxtar respublika üzrə ən yüksək nəticə – 690,6 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev məzunlar adından çıxış edib.

Sonra qəbul imtahanlarında 650-700 bal arası nəticə göstərmiş məzunların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, qəbul imtahanlarında 500-650 bal arası nəticə göstərən məzunlara da mükafatlar təqdim edilib.

Ləman Rəhimli

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36