Təhsil 365 - Logo Mobile

Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

14002.09.2026 - 15:41
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

26-29 avqust 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Arxeoloqlar Assosiasiyasının (European Association of Archaeologists – EAA) 32-ci illik toplantısı keçirilib.

“Tehsil365” xəbər verir ki,Avropanın və dünyanın müxtəlif ölkələrindən arxeoloq və digər əlaqəli elm sahələrinin mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbirdə bir sıra arxeoloji konfrans bölmələri təşkil olunmuşdur.

Toplantıda Koreyanın Seul Universitetinin professoru Kim Jong-İl və AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d Zaur Həsənovun həmtəşkilatçılığı ilə “Cənubi Qafqaz bölgəsində siyasi gücün artması və şəhərləşmə” (“Growth of Political Power and Urbanization in Southern Caucasian Region”) adlı elmi bölmə keçirilmişdir. Azərbaycanın, İsveçrənin, Almaniyanın, İngiltərənin və Koreyanın müxtəlif universitetlərinin və elmi institutlarının arxeoloqları məruzələrlə çıxış etmiş və regionun arxeoloji irsinin beynəlxalq elmi platformada kompleks şəkildə müzakirəsini aparmışlar.

Bölmədə Zaur Həsənovun, Kim-Jong İlin və isveçrəli arxeoloq Dr. Gino Casparinin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Koreya-İsveçrə arxeoloji ekspedisiyasının 2022–2025-ci illərdə “Yedditəpə-Füzuli” Dəmir dövrü kurqanlar abidəsində, aparıcı elmi işçi, t.ü.f.d., dosent Şamil Nəcəfovun və Almaniyanın Vürzburq Universitetinin professoru Martin Gruberin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının 2025-2026-ci illərdə Ağstafa rayonu Son Tunc və Dəmir dövrləri Ağalıqtəpə yaşayış yerində, Kim-Jong İlin və aparıcı elmi işçi, t.ü.f.d. Ceyhun Eminlinin həmrəhbərliyi ilə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının Qəbələdə aparılan Antik və Orta əsrlər dövrlərinə aid Səlbir abidəsində arxeoloji tədqiqatların nəticələri dinlənilmişdir.

Bölmədə o cümlədən AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Nərmin Məmmədli Şəkidə “Kiş-Doxun və Təpəbaşı abidələrində dəfn adətləri” adlı məruzədə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyasının tərkibində dissertasiya mövzusu üzrə apardığı arxeoloji tədqiqatların nəticələrini təqdim etmişdir. Kembric Universitetinin doktorantı Jinoh Kim “Qafqaz Albaniyasında şəhər mərkəzinin formalaşma prosesi Avropa Oppidası ilə müqayisədə” adlı məruzə ilə çıxış etmişdir. Əlavə olaraq bölmədə xarici arxeoloqların Cənubi Qafqazla bağlı 6 məruzəsi dinlənildi. Toplantının bölmələrində həmçinin böyük elmi işçi Lola Hüseynova da məruzə ilə iştirak etmişdir.

Assosiasiyanın 32-ci İllik Toplantısında Azərbaycan arxeoloqlarının iştirakı ölkənin arxeoloji irsinin və aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi fikir mübadiləsinin aparılması, yeni beynəlxalq əlaqələrin qurulması və Cənubi Qafqaz arxeologiyasına dair aktual məsələlərin müzakirəsi üçün imkan yaranıb.

Assosiasiyanın bu ilki toplantısı arxeoloji tədqiqatlarda maddi mədəniyyət, interdisiplinar yanaşmalar, mədəni irsin qorunması, keçmiş və müasir dünyada dəyişən mühit, qarşılıqlı əlaqələr, mobillik və Aralıq dənizi regionunun arxeoloji prosesləri də daxil olmaqla geniş elmi istiqamətləri əhatə edib.

Ləman Rəhimli

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36