Təhsil 365 - Logo Mobile

"ADU Radio"nun açılışı olub

15616.09.2026 - 06:26
"ADU Radio"nun açılışı olub

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin media sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsi, universitetin elmi-pedaqoji həyatının operativ işıqlandırılması və müxtəlif dillərdə informasiya mübadiləsinin təmin edilməsi məqsədilə "ADU Radio"nun açılışı olub.

“Tehsil365” xəbər verir ki, Radionun açılışını universitetin rektoru, akademik Kamal Abdulla edib. Açılış çərçivəsində akademik Kamal Abdulla radioya ilk müsahibə verib.

Rektor bildirib ki, ADU-nun son illərdə qazandığı uğurlar ölkə ictimaiyyəti, təhsil nümayəndələri və beynəlxalq təhsil ekspertləri tərəfindən yüksək qiymətləndirilir, reytinq cədvəllərində universitetin bütün sahələr üzrə fəaliyyəti təqdir olunur.

Azərbaycan Dillər Universiteti 2026–2027-ci tədris ili üzrə tələbə qəbulunda yüksək nəticə əldə edib. Universitet üzrə müəyyən edilmiş qəbul planı 100 faiz dolub. ADU-da qəbul planının tam dolması universitetin təhsil proqramlarının rəqabətqabiliyyətliliyini, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətini və akademik mühitə olan etimadı əks etdirən mühüm göstəricilərdən biridir.

Qeyd edək ki, ADU Radionun fəaliyyətinin təşkilində Beynəlxalq Jurnalistika fakültəsi xüsusi rol oynayır. Fakültənin rəhbərliyi altında tələbələrin radio fəaliyyətinə cəlb olunması, onların xəbər hazırlama, aparıcılıq və digər media bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Radionun efirində universitetin ictimai, elmi və tədris həyatında baş verən yeniliklər, mühüm layihələr və xəbərlər operativ şəkildə işıqlandırılacaq. Eyni zamanda, ADU-da tədris olunan müxtəlif dillərdə xəbərlərin səsləndirilməsi planlaşdırılır.

ADU-nun elmi-pedaqoji fəaliyyəti, universitetdə həyata keçirilən yeniliklər və tələbələrin əldə etdiyi nailiyyətlər də radio vasitəsilə geniş auditoriyanın diqqətinə çatdırılacaq.

Xəbərlər radionun sosial media hesablarında, eləcə də universitetin tədris korpusunda canlı yayımlanacaq.

Yeni layihə tələbələrin media sahəsində nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirməsinə, yaradıcılıq imkanlarının genişləndirilməsinə və universitetin informasiya fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Nuray Babayeva

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45