“İmtahan stressinin şagirdlərin nəticələrinə təsir etməsi barədə müzakirələr davam edir. Psixoloq Fəridə Musəvi həyəcanın uğur yox uğursuzluq olduğunu qeyd edib. O öz sözlərində bildirib ki, həyəcan keçirən şagirdlərin nəticələri yaxşı olmayacaq"
Bu sözləri "Tehsil365" ə açıqlamasında “Amerika psixoloqlar assosiasiyasının" üzvü və klinik psixoloq Fəridə Musəvi bildirib.
Psixoloq bildirib ki, " həyəcan insanda qorxu hormonlarını qaldırır. Qorxuya səbəb olan orqanizmdə lənbərlənmiş hansı duyğular varsa hamısını aktiv edir. Buna görə də həyəcan keçirən abituriyent imtahanda zəif nəticə əldə edəcək. Və hətta heç ürək açmayan nəticə əldə edəcək”.
Psixoloq sözlərində bildirib ki, “həyəcan təkçə imtahan deyil, bütün mövzularda insanın inkişafına mənfi təsir göstərir. Qorxu-həyəcan yüskək səviyyədə olduqda insan uğurunun faizi də normadan aşağı düşür".
Bəs necə qorxu və həyəcan hissinin qarşısını almaq olar ? Psixoloq Fəridə Musəvi bildirib ki, “insan özü özünün psixoloqu olmalıdır. Həyəcan insanı uğura deyil uğursuzluğa aparacaq o, bu ideologiyani insan psixologiyasına yeridilməsini məsləhət görür."
“Həyəcanımızı özümüz yenə bilsək qorxu hissini azaltmış ola bilərik. Əgər həyəcan hissini yenə bilmiriksə, mütləq formada imtahandan əvvəl psixoloq görüşlərində iştirak etməliyik.” - deyə Fəridə Musəvi vurğulayıb.

