Təhsil 365 - Logo Mobile

Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ

16007.10.2026 - 16:52
Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ

“Əsas problemlərdən biri də ali məktəblər ilə özəl sektor arasında ünsiyyət və əməkdaşlığın olmamasıdır. Universitetlər IT şirkətləri və banklarla kadrların kompetensiyalarının ölçülməsi üzrə fikir mübadiləsi aparmırlar. Nəticədə ali məktəblər bazarın real tələbatından xəbərsiz qalır, kadr hazırlığı isə effektiv olmur. Bu boşluğu doldurmaq üçün gənclər məcbur qalıb böyük məbləğlər xərcləyərək özəl IT kurslarına və treninqlərə müraciət edirlər. “

Bu sözləri “Tehsil365” müsahibəsində İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib.

Fərid bəy, Azərbaycanda İT sektorunun hazırki vəziyyətini necə qiymətləndirirsiniz?Son illərdə hansı əsas dəyişikliklər baş verib ?

— “ Ənənəvi olaraq Azərbaycanda yüksək texnologiyalar inkişaf edir , lakin son iki ildir ki, ali səviyyədə bu sahəyə diqqət yetirilmişdir.Bu sahə üzrə müəyyən stragediyalar qəbul edilmişdir məsələn rəqəmsal iqtisadiyyat üzrə, süni intellektin tətbiqi üzrə və rəqəmsal arxitektura və müəyyən sənədlər qəbul olunmuşdurki bu sənədlər çərçivəsində Azərbaycanda yaxın illərdə yüksək texnologiyaların inkişafı nəzərdə tutulmuşdur. Maraqlı məqamı qeyd emək istərdim ki, əvvəllər dövlət idarəetmə sistemində yüksək texnologiyanın inkişafına diqqət yetirilirdisə artıq Azərbaycanda yüksək texnologiya əsasında formalaşan iqtisadiyyatın və ənənəvi iqtisadiyyat siqmentində süni intellektin inkişafı rəqabətliliyin artırılması gündəmdədir. Bildiyimiz kimi Azərbaycanda İqtisadiyyat Nazirliyi nəzdində dövrü sənaye inqilabı inkişafı üzrə mərkəz formalaşmışdır. Mənim fikrimcə Azərbaycanın yüksək texnologiyalar sahəsində iqtisadiyyatın miqyaslaşması potensialı çox yüksəkdir. Azərbaycanda internet üzərindən tətbiq olunan proqram həlləri, məsələn, SAF kimi texnologiyalar yaradılır. Bu cür rəqəmsal həllərin Avstraliya, Braziliya və digər ölkələrdə tətbiq imkanları var. Rəqəmsal texnologiyanın unikallığı da məhz bundadır. Əgər biz müqayisə etsək, kartof və ya xiyar kimi fiziki məhsulları Avstraliyaya ixrac etmək logistika baxımından çətin və baha başa gəlir. Lakin rəqəmsal məhsullar belə məhdudiyyətlərə malik deyil. Əgər proqram təminatı ingilis dilində hazırlanırsa, onu ingilisdilli ölkələrdə daha rahat şəkildə təqdim etmək və satmaq mümkündür.”

—“ Xaricdə İT sahəsində çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb olunması üçün hansı addımlar atılmalıdır?

“Bu, kifayət qədər çətin və dərin bir məsələdir. Ölkəmizdə formalaşan proqramçılar və İT mütəxəssisləri yerli bazarda öz səviyyələrinə, maraqlarına uyğun layihələr və həllər tapmadıqları üçün xarici bazarlara ekspansiya edirlər. Aparıcı korporativ sektorda — iri banklarda, holdinqlərdə çalışan bir çox mütəxəssis müəyyən bir tavan səviyyəsinə çatdıqlarını hiss edir. Azərbaycan nisbətən kiçik bazar olduğu üçün qlobal miqyaslı layihələrə ehtiyac duyurlar. 

Misal üçün, Paşa Bankda rəqəmsal məhsulların idarə olunması üzrə çalışan bir mütəxəssis xanım Böyük Britaniyanın 60–70 milyard dollar dəyərləndirməsi olan aparıcı neobanklarından birinə — "Revolut"a transfer olundu. Paşa Bank ölkə daxilində yüksək maaş və yaxşı şərait təklif etsə də, ambisiyalı mütəxəssislər üçün qlobal platformalara çıxış daha cəlbedici olur. Ölkədəki aparıcı İT şirkətlərindən biri bu prosesi idarə etmək üçün xüsusi bir sistem qurub. Onlar mütəxəssisləri sıfırdan — stajorluqdan götürüb daxili təlimlərlə yüksək səviyyəyə çatdırırlar. Şirkət bilir ki, bu kadrların müəyyən bir hissəsi təcrübə qazandıqdan sonra xaricə gedəcək. Buna görə də davamlı olaraq yeni kadrlar yetişdirən bir mexanizm yaradıblar. 

Maaş fərqi də əsas amillərdəndir. ABŞ kimi ölkələrdə təcrübəli proqramçıların aylıq maaşı 10,000–15,000 dollardan başlayır. Bizim lokal bazarda bu məbləğləri kütləvi şəkildə təmin etmək çətindir. Geri qayıdanlar da az deyil. Məsələn, Almaniyada "Volkswagen Group"da işləyən proqramçının, eləcə də Kanadadan İT mütəxəssislərinin ailəvi səbəblərdən, komfortlu həyat üçün Azərbaycana geri dönməsi halları var. 

Ölkəmiz təhlükəsizlik və nəqliyyat (yol) rahatlığı baxımından böyük meqapolislərdən daha üstündür. Xaricdə yüksək maaş alan mütəxəssis mənzil kirayəsi, ipoteka və digər xərclərdən sonra çox az qənaət edə bilir. Azərbaycanda isə xərclər daha az olduğu üçün yaşayış daha rahatdır. Ambisiyalı Layihələr yaradılmalıdır . Yalnız daxili bazara deyil, qlobal miqyasa çıxa biləcək layihələr başladılmalıdır. Qayıdan mütəxəssislər üçün sosial və vergi güzəştləri tətbiq olunmalıdır Bunu futbol dili ilə izah etsək, yalnız daxili çempionatda oynamaq ambisiyalı futbolçunu ölkəyə gətirməyə bəs etmir. Futbolçuya UEFA Çempionlar Liqasında 1/8, 1/4 finala qədər yüksələ biləcək bir komandada oynamaq imkanı lazımdır. Eyni məntiq İT sahəsinə də aiddir; Azərbaycan şirkətləri və qurumları global miqyasda iddialı olan layihələrə başlamalıdırlar.

Hazırda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin xarici şirkətləri və mütəxəssisləri ölkəyə cəlb etmək üçün xüsusi proqramları və 10-20 illik vergi güzəştləri var. oxşar proqramlar xaricdəki öz vətəndaşlarımız üçün də effektiv şəkildə tətbiq edilməlidir.”

Məktəblərdə və Universitetlərdə texnologiya və proqramlaşdırma təhsilinin səviyyəsini necə qiymətləndirirsiniz?

“Azərbaycanda ali təhsil müəssisələrində proqram təminatı və proqramlaşdırma üzrə tədrisin səviyyəsi bazarın tələblərindən ciddi şəkildə geri qalır. Texnologiya sektoru inanılmaz sürətlə inkişaf edən və dəyişən bir sahədir. Bu gün tətbiq olunan texnologiya cəmi bir ildən sonra öz əhəmiyyətini itirir və onu yeni həllər əvəz edir. Lakin universitetlərin tədris proqramları bu dinamikaya adekvat cavab verə bilmir. 

Əsas problemlərdən biri də ali məktəblər ilə özəl sektor arasında ünsiyyət və əməkdaşlığın olmamasıdır. Universitetlər IT şirkətləri və banklarla kadrların kompetensiyalarının ölçülməsi üzrə fikir mübadiləsi aparmırlar. Nəticədə ali məktəblər bazarın real tələbatından xəbərsiz qalır, kadr hazırlığı isə effektiv olmur. Bu boşluğu doldurmaq üçün gənclər məcbur qalıb böyük məbləğlər xərcləyərək özəl IT kurslarına və treninqlərə müraciət edirlər. 

Hesab edirəm ki, gənclər üçün bir platforma olmalıdır ki, şirkətlər gəncləri görə və onları qiymətləndirə bilsin .Bir misal çəkmək olar ki, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrail Universitetlərinin biri yaratdığı kibertəhlükəsizlik üzrə yaradılmış 6aylıq proqram var və bu proqramı bitirənlər dərhal işlə təmin olunurlar. Sual yaranır niyə?

Çünki şirkətlər bilirlərki onlar bazara uyğun hazırlanıblar. Təlim prosesindəki digər ciddi maneə müəllim heyətinin bilik səviyyəsidir. Ali məktəblərdə uzun illər dərs deyən müəllimlərin bilikləri müasir tələblərə cavab vermir və köhnəlib. Gənc və savadlı mütəxəssislər isə universitetlərdəki aşağı maaş səbəbindən tədrisə maraq göstərmirlər. Nəticədə köhnə proqramlar və köhnə metodologiya eynilə saxlanılır. 

Vəziyyəti dəyişmək üçün həddindən artıq bürokratiyadan və xırda ixtisas bölünmələrindən imtina edilməli, çevik çərçivə sənədləri qəbul olunmalıdır. Yerli təhsildə sıfırdan sistem yaratmağa ehtiyac yoxdur; ABŞ, Cənubi Koreya və İsrail kimi ölkələrin qabaqcıl kadr hazırlığı təcrübəsindən istifadə edilməlidir.”

Ayətil Quliyeva

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05