Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru və universitet nümayəndələri Doktorantların və Gənc Tədqiqatçıların XXIX Respublika Elmi Konfransında (NASCO29) iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Naxçıvan Dövlət Universitetində keçirilən konfrans “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov və elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov iştirak ediblər.
Konfransda universiteti təmsil edən 35 nəfər doktorant, dissertant və gənc tədqiqatçı, eləcə də digər ali təhsil müəssisələrində doktorantura təhsili alan ADPU əməkdaşları elmi araşdırmalarının nəticələrini təqdim ediblər.
Bildirilib ki, NASCO29-da elmi işləri qəbul edilən doktorant və gənc tədqiqatçıların sayına görə ADPU 123 elm və ali təhsil müəssisəsi arasında 26 nəfərlə 10-cu yerdə qərarlaşıb. Digər universitetlərdə doktorantura təhsili alan 10 ADPU əməkdaşı ilə birlikdə universitetin ümumi təmsilçi sayı 35 nəfər olub.
Qeyd edək ki, 2025-ci ildə ADPU ümumi iştirakçı sayına görə 5-ci, 2024-cü ildə isə 3-cü yerdə qərarlaşıb.

