Təhsil 365 - Logo Mobile

Gözdən uzaq, könüldən iraq kənd məktəbi - FOTOLAR

12609.02.2024 - 07:35
Gözdən uzaq, könüldən iraq kənd məktəbi - FOTOLAR

Ağdaş rayonu Şəmsabad kənd M.Əfəndizadə adına tam orta məktəbi tam təmirsizdir.

Bu barədə “Təhsil365”ə kənd məktəbindən məlumat verilib. Bildirilib ki,

“Ağdaş rayonu Şəmsabad kənd M.Əfəndizadə adına tam orta məktəbi qırıq pollar, su daman tavanlar, qırıq aynalar. Saymaqla bitən deyil. İstilik də bu il yox səviyyəsində oldu. Neçə cür xəstəlik tapdıq soyuqdan. Yaş odunu veriblər peçlər yanmadı. Birtəhər çıxırıq bu qışı”.

Məktəb müəllimləri bildirirlər ki, Artıq məktəb çoküb. döşəmələrdə gəzmək mümkün deyil.

“Məktəb çöküb təmiz. Özüm neçə dəfə o qırıq taxtalarda girib qalıb ayaqqabım. Dəhşətdi yəni. Uşaqların qələmi və digər məktəb ləvazimatları da yerə düşdusə tapılmır. Qırıq yerdən düşür aşağı. Biabırçılıqdır. Bu əsrdə bu cür məktəb. Məktəb rəhbərliyi dəfələrlə Elm və Təhsil Nazirliyinə və digər dövlət qrumlarına müraciət etsədə bir əlac edən olmayıb. Bidirirlər ki, hələ sizin məktəbə növbə çatmayıb”.

Elmina Muxtarlı

News Feed

NDU-da 55-ci “Məzun günü” keçirilib -FOTO 25.06.2025 - 07:10
Teatrlar milli ideologiya və tarixin təbliğatı işinin öhdəsindən necə gəlir? - BAKU AKTUAL02.02.2025 - 15:00
Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək15.01.2025 - 15:00
The "Race" stage of the "BilBacar" competition for the month of November has been launched25.11.2024 - 14:20
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib21.01.2024 - 16:35