Təhsil 365 - Logo Mobile

DİM “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib

3705.09.2024 - 11:40
DİM “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib

Bu nömrədə 2024/2025-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...