Təhsil 365 - Logo Mobile

Füzuli rayonu Aşağı Alıxanlı kənd orta məktəbində ilk idman festivalı keçirilib - FOTO

2526.09.2024 - 16:25
Füzuli rayonu Aşağı Alıxanlı kənd orta məktəbində ilk idman festivalı keçirilib - FOTO

Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin təşkilatçılığı ilə məşqçi-müəllimlər və fiziki tərbiyə müəllimlərindən ibarət heyətin Füzuli rayonuna səfəri təşkil olunub.

Nazirlikdən “Tehsil365”ə bildirilib ki, səfər çərçivəsində Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə görüş keçirilib. Görüşdə gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təmin edilməsində idman və bədən tərbiyəsinin mühüm rol oynadığı vurğulanıb.

Daha sonra həmin məktəbdə baş tutan idman festivalı çərçivəsində məktəblilərin iştirakı ilə futbol, badminton idman növləri üzrə yarışlar keçirilib, TOPs proqramına uyğun estafet oyunları təşkil edilib, məktəblilərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...