Təhsil 365 - Logo Mobile

Gənc güləşçilərimiz Qazaxıstanda qızıl medal qazanıblar

2908.12.2024 - 13:25
Gənc güləşçilərimiz Qazaxıstanda qızıl medal qazanıblar

Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib.

Tehsil365 xəbər verir ki, Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış edib. Nürəddin Novruzov (61 kiloqram) və Abdulrəhman İbrahimov (65 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...