Təhsil 365 - Logo Mobile

Milli Gimnastika Arenasında “Rektor kuboku” keçiriləcək

3015.12.2024 - 14:05
Milli Gimnastika Arenasında “Rektor kuboku” keçiriləcək

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək.

Federasiyadan “Tehsil365”ə verilən məlumata görə, yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Kubokda akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar proqramı üzrə öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “Rektor Kuboku” dekabrın 19-da keçiriləcək.

 

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...