Təhsil 365 - Logo Mobile

"Neftçi" "Şamaxı"nı məğlub edib

3731.01.2025 - 17:00
"Neftçi" "Şamaxı"nı məğlub edib

"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.

"Tehsil365"in məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.

45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...