Təhsil 365 - Logo Mobile

"Kəpəz" Premyer Liqanın XXI turunda "Sabah"a qalib gəlib

3531.01.2025 - 18:20
"Kəpəz" Premyer Liqanın XXI turunda "Sabah"a qalib gəlib

"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a qalib gəlib.

"Tehsil365"in məlumatına görə, meydan sahibləri Tovuz şəhər stadionunda baş tutan turun açılış matçında rəqibini 3:2 hesabı ilə məğlub edib.

Gəncə təmsilçisinin heyətində Mahamadu Ba (11), Əli Səmədov (54) və Rauf Hüseynli (64-p.) fərqlənib. Bakı klubunun qollarını isə Pavol Safranko (6-p.) və Cesse Sekidika (45+3) vurub. Qonaqların futbolçusu İqor Noqeyro 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, Gəncə təmsilçisi 17 xalla 9-cu pillədə qərarlaşıb.

Saat 18:30-da isə "Neftçi" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, qonaqlar 17 xalla səkkizincidir.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...