Təhsil 365 - Logo Mobile

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

4901.02.2025 - 14:20
MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

Məşədi Qasımın nəvəsi Azər Kərimovun “Azərbay­can” qəzetinin 15 oktyabr 1992-ci il tarixli sayında çap olunan “Atamla söhbət” başlıqlı məqaləsinə redaksiyanın “Əsgər sülaləsi” adlı proloqu diqqətimi cəlb etdi. Yazıda doğru olaraq qeyd edilir ki, – “Azərbaycan üçün müxtəlif dövrlərdə ailə feno­meni həmişə bütün mənəvi ictimai də­yər­lərin fövqündə durub. Ötən əyyamlarda bu xarakter özü­nü ziyalı, fəhlə, mühəndis şəcərəsi şəklində təzahür edib. Hər şəcərə özünə­məxsus keyfiyyətləri ilə fəxr edib. Bu gün ...Azərbay­can ailəsinin yeni formasının – şəhid ailəsinin yox – şəhid sülaləsinin də mövcud olduğunu görürük.”

Düzdür, Rəsullular nəsli zaman-zaman müəllimləri, mühəndisləri, alimləri, rəhbər işçiləri ilə tanınıb. Lakin XX əsrin əvvəllərində və sonunda cəlb edildiyimiz məlum münaqişələr bu nəslin “Əsgər sülaləsi” olmasına da gətirib çıxartdı. 70 il müddətində sovet ordusuna xidməti sayma­saq, müstəqil olduğumuz 1918-1920-ci illər və 1991-ci il­dən bu günə qədər nəslin onlarla Vətən qazisi olmuş, Abbas Qasımov, Yasif Kərimov, Ziyafət Balıyev, Mehdi Məhər­rəmov, Nəbi Zeynalov və Rəsul İlyasov kimi igidləri şəhid olmuşlar. İndi isə sizlərə igid el qəhrəmanı, sərrast atıcı kimi tanınan sərkərdə Məşədi Qasımın nəticəsi Nəbi Zeynalov haq­qında mə­lumat vermək istərdim. Nəbi Zeynalov Məşədi Qasımın qızı Narın xanımın nəvəsidir. Qeyd edim ki, Nəbi həm də Məşədi Qasımın bacısı Bahar nənənin nəticəsidir.

Zeynalov Nəbi Surхay oğ­lu 1975-ci ilin 1 fev­ralında Basarkeçər rayonunun Daş­­kənd kəndində anadan olmuşdur. 1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ilin noyabrında mənfur qonşularımız olan erməni millətçilərinin siyasəti nəticəsində tarixi Azərbaycan tor­pağı olan Göyçə ma­­ha­lından ailəsi ilə birlikdə ata-baba yurdunu tərk etmiş, əvvəlcə Bərdə rayonunun Yeni Daş­kənd kəndində məskunlaşmış, daha sonra isə daimi olaraq Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə köç­müşlər. Nəbi sonbeşik övlad olduğundan ailənin sevim­lisi idi. O, Göyçə mahalında ikən zəhmətkeş, əmək­sevər bir oğlan, işləməkdən yorulmayan, ata və anasına təsərrüfat işlərində yaxından kömək edən idi.

Nəbi 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir. Qarabağ müharibəsinin ən ağır günlərində – 1993-cü ildə Göy­göl ra­­yon Hərbi Ko­mi­sar­lığı tə­rə­findən hər­­bi хid­­mətə çağı­rılmışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bir çox döyüşlərdə igidliklər göstərərək xid­mət etdiyi “N” saylı hərbi hissədə zabitlər tə­rə­findən əsgər­lərə nümunə göstərilmişdir. Onun son döyüşü 1993-cü il iyul ayı­nın 31-də oldu. Ağdərə böl­gə­sində ge­dən dö­yüş əmə­­­liy­­ya­tı zamanı Nəbi Zeynalov qəh­­rə­­manca­sı­­na şə­­hid ol­­du. Xidmət etdiyi hərbi hissənin zabit və əs­gər­lə­ri­nin, eləcə də əzizlərinin iştirakı ilə məskunlaşdıqları Хan­­lar ra­­yo­­nu­nun Quş­­­çu kən­­­­­din­də dəfn edildi. Allah sənə və bü­tün şə­hidlə­ri­mizə rəhmət eləsin Nəbi!

 Nəbi Zeynalovun həyatı və döyüş yolu haqqında dəfələrlə mətbuat səhifələrində məlumat verilmişdir.  1996-cı ildən Göygöl rayonunun Quşçu Kənd Folklor Evi şəhidin adını daşıyır.

Araz Yaquboğlu,

Tədqiqatçı-jurnalist

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...