Təhsil 365 - Logo Mobile

Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb

3602.02.2025 - 17:40
Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

"Tehsil365"in məlumatına görə, titullu idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib.

"Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...