Təhsil 365 - Logo Mobile

Millimiz Yunanıstanla qollu heç-heçə etdi

3604.02.2025 - 20:09
Millimiz Yunanıstanla qollu heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.

“Tehsil365” xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Yunanıstan seçməsi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində ilk qolu 1-ci dəqiqədə Oktay Rüstəmli vurub. Digər qol isə 39-cu dəqiqədə avtoqol kimi qeydə alınıb.

Vitali Borisovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 2-yə çatdırıb. Yığma növbəti matçı martın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...