Təhsil 365 - Logo Mobile

İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

3105.02.2025 - 06:51
İcma əsaslı məktəbəqədər təhsil xidməti göstərən 188 qrant layihə həyata keçirilir

"İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsi çərçivəsində icra edilən qrant layihələrin statistikası açıqlanıb.

"Tehsil365" xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsi çərçivəsində 188 layihə həyata keçirilir.

Bu layihələr vasitəsilə təxminən 5000 məktəbəqədər yaşlı uşaq icma əsaslı təhsil qruplarına cəlb edilib.

İqtisadi regionlar üzrə layihə sayı:

Bakı – 38
Lənkəran-Astara – 22
Şirvan-Salyan – 20
Şəki-Zaqatala – 17
Gəncə-Daşkəsən – 16
Naxçıvan – 14
Mil-Muğan – 11
Dağlıq Şirvan – 10
Mərkəzi Aran – 10
Quba-Xaçmaz – 8
Abşeron-Xızı – 7
Qazax-Tovuz – 7
Qarabağ – 7
Şərqi Zəngəzur – 1

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...