Təhsil 365 - Logo Mobile

Faktiki hava: Azərbaycanda qısa fasilədən sonra yenidən qar yağır

2622.02.2025 - 15:58
Faktiki hava: Azərbaycanda qısa fasilədən sonra yenidən qar yağır

Azərbaycanda fevralın 22-də saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...