1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımından cəmi bir neçə gün sonra tarixçi-alim Nəsiman Yaqublu bu faciənin şahidləri ilə görüşərək, dəhşətli faktları toplayıb. O, Ağdama sığınan xocalılarla söhbət edib, Milli Qəhrəman Allahverdi Bağırovun girov və meyitlərin qaytarılması prosesində iştirakına şahid olub.
"Tehsil365"in məlumatına görə, toplanmış materiallar əsasında qələmə alınan "Xocalı qırğını" adlı kitab 1992-ci ilin yayında 30 min tirajla nəşr edilib. Kitabda Xocalı sakinlərinin faciəsi, işgəncələrə məruz qalması, girov götürülməsi və itkin düşməsi ilə bağlı real faktlar əks olunub. 2017-ci ildə isə kitab yenidən çap olunub.