Bu gün dünyada olduğu kimi, Azərbaycanda da 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunur.
"Tehsil365" məlumatına görə, bu günün qeyd olunması Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) qərarına əsasən 1990-cı ildən etibarən ənənə halını alıb. Məqsəd ictimaiyyətin mülki müdafiə sahəsində maarifləndirilməsi, fövqəladə hallara hazırlığın artırılması və insanların təhlükəsizliyinin təmin edilməsidir.
Azərbaycanda da bu gün münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müxtəlif tədbirlər təşkil olunur. Təhsil müəssisələrində şagird və tələbələr üçün maarifləndirici seminarlar keçirilir, fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimlər aparılır.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü fövqəladə halların qarşısının alınması və onlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.