Təhsil 365 - Logo Mobile

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları

4602.03.2025 - 17:37
Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 3-də imsak vaxtı 05:45, iftar vaxtı 18:49-dadır.

Martın 3-ü üçün namaz vaxtları:

Sübh azanı

05:51

Zöhr azanı

12:53

Əsr azanı

16:51

Məğrib azanı

18:49

İşa azanı

19:49

Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:

"İlahi, bu gün mənə ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah orucunuzu qəbul eləsin!

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...