Təhsil 365 - Logo Mobile

İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir

7604.03.2025 - 13:09
İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir.

İnstitutdan “Tehsil365”ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini aprelin 30-dək [email protected] ünvanına göndərməlidirlər.

Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.

Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.

Təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. İlk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.

Elmina Muxtarlı

Новостная лента

На данный момент новостей в ленте нет...