Təhsil 365 - Logo Mobile

Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları

4007.03.2025 - 19:00
Ramazan ayının səkkizinci gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının səkkizinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 8-də imsak vaxtı saat 05:38-də, iftar vaxtı isə 18:54-dədir.

Martın 8-i üçün namaz vaxtları:

Sübh azanı

05:43

Zöhr azanı

12:51

Əsr azanı

16:55

Məğrib azanı

18:54

İşa azanı

19:55

Səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah orucunuzu qəbul eləsin!

Şəms Əhmədzadə

Новостная лента

На данный момент новостей в ленте нет...