Təhsil 365 - Logo Mobile

“Ən Yaxşı Təqdimat” müsabiqəsinin növbəti mərhələsinə start verilib

11008.03.2025 - 08:25
“Ən Yaxşı Təqdimat” müsabiqəsinin növbəti mərhələsinə start verilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb.

"Tehsil365" xəbər verir ki, ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib.

Növbəti mərhələ – regional seçim turları 10-19 mart tarixlərində keçiriləcək. Bu mərhələdən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Yarışın əsas məqsədi onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliğidir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...