Bu gün Bakı-Sumqayıt yolunda SDU-nun 6 tələbəsinin həlak olduğu faciəvi qəzadan 8 il ötür.
“Təhsil365” xəbər verir ki, 2017-ci il martın 9-da Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Masazır körpüsünün üzərində ağır avtomobil qəzasına düşüblər.
Nəticədə SDU-nun altı tələbəsi həyatını itirib. Bu faciə ölkə ictimaiyyətini dərindən sarsıtmış və geniş müzakirələrə səbəb olmuşdu.
Həlak olan tələbələr bu gün də unudulmur. Onların xatirəsi hörmət və ehtiramla anılır. Allah rəhmət eləsin!