Təhsil 365 - Logo Mobile

Şirvan məktəblisi beynəlxalq turnirdə qızıl medal qazanıb

6510.03.2025 - 12:37
Şirvan məktəblisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şirvan məktəblisi Monteneqroda keçirilən beynəlxalq turnirdə qızıl medala layiq görülüb.

Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən “Tehsil365”ə məlumat verilib.

Bildirilib ki, martın 3-9-da Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində Azərbaycan yığma komandasının heyətində çıxış edən Şirvan Olimpiya İdman Kompleksinin boks bölməsinin yetirməsi və Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 54 kq çəki dərəcəsində qızıl medal əldə edib.
Qeyd olunub ki, yığmamız yarışda  ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...