Təhsil 365 - Logo Mobile

Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır

3219.03.2025 - 08:10
Məktəbəhazırlıq qruplarına şagird yerdəyişməsi dayandırılır

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə “Tehsil365”ə MÜTDA-dan bildirilir ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...