Təhsil 365 - Logo Mobile

Şəhid gizir Pəncəli Teymurovun doğum günüdür - VİDEO

13724.03.2025 - 09:55
Şəhid gizir Pəncəli Teymurovun doğum günüdür - VİDEO

Bu gün Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biri, şəhid gizir Pəncəli Teymurovun doğum günüdür.

"Tehsil365" xatırladır ki, Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində dünyaya göz açıb. 1999-cu ildə hərbi xidmətə çağırılan Pəncəli Teymurov kəşfiyyatçı peşəsinə yiyələnərək Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrində xidmətini davam etdirib. 17 illik hərbi xidmətində çoxsaylı uğurlara imza atıb, xüsusi əməliyyatlarda fərqlənib və müxtəlif döyüş mükafatlarına layiq görülüb.

2016-cı ilin Aprel döyüşlərində Tərtər rayonunun Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərərək qəhrəmancasına şəhid olub. O, döyüş yoldaşları— Murad Mirzəyev, Samid İmanov və Muhud Orucov ilə birlikdə düşmənə ağır zərbələr endirib, Talış yüksəkliklərinin alınmasında mühüm rol oynayıb.

Şəhid gizir Pəncəli Teymurov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda""İgidliyə görə" medalları ilə təltif edilib.

Pəncəli Teymurov vətənə olan sevgisini daim dilə gətirib və özünə ən böyük arzunu belə ifadə edib:
"Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunsun."

2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialında şəhidin xatirəsi xüsusi səhnə ilə anılıb.

Azərbaycanın qəhrəman oğlu Pəncəli Teymurov xalqımızın yaddaşında əbədi qalacaq. Ruhu şad olsun!

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...