Təhsil 365 - Logo Mobile

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq

6031.03.2025 - 19:20
Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
“Tehsil365” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumat yayıb.
Bildirilib ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.
Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.
Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...