Təhsil 365 - Logo Mobile

Gəncədə muzey əməkdaşları üçün təlim keçiriləcək

7309.04.2025 - 07:45
Gəncədə muzey əməkdaşları üçün təlim keçiriləcək

Aprelin 11-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə muzey əməkdaşları üçün təlim təşkil olunacaq.

Mərkəzdən “Tehsil365”ə bildirilib ki, təlimdə Gəncə şəhəri və ətraf rayonların muzey əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onlara nəzəri və təcrübi biliklər qazandırmaq məqsədilə muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı rəqəmsal vasitələrdən istifadə kimi mövzular ətrafında söhbət aparılacaq.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...