Təhsil 365 - Logo Mobile

11 Aprel – Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd olunur

8511.04.2025 - 06:34
11 Aprel – Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd olunur

Hər il 11 aprel tarixi dünyada Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi Parkinson xəstəliyi barədə maarifləndirmə aparmaq, bu xəstəlikdən əziyyət çəkən insanların həyat keyfiyyətini artırmaq və elmi araşdırmalara diqqət yönəltməkdir.

"Tehsil365" xəbər verir ki, Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki-proqressiv pozuntusu olmaqla, əsasən yaşlı insanlarda müşahidə olunur. Xəstəliyin ilkin əlamətlərinə əzələlərdə titrəmə, hərəkətlərin yavaşlaması və bədən tarazlığında problemlər daxildir. Dünya üzrə milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.

Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və düzgün müalicə bu xəstəliyin gedişatını ləngidə bilər. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təşəbbüsü ilə bu gün müxtəlif tədbirlər, seminarlar və kampaniyalar keçirilir.

Qeyd edək ki, 11 aprel həm də Parkinson xəstəliyini ilk dəfə təsvir etmiş məşhur həkim Ceyms Parkinsonun doğum günüdür.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...