Təhsil 365 - Logo Mobile

NDU EURIE 2025-də təmsil olunub - FOTO

7216.04.2025 - 11:52
NDU EURIE 2025-də təmsil olunub - FOTO

Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və Nəşriyyat direktoru Məhəmmədəli Məmmədli Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı ilə 8-10 aprel 2025-ci il tarixində İstanbul şəhərində keçirilən “EURIE 2025 Ali Təhsil Sammitində” iştirak ediblər.

NDU-dan “Tehsil365”ə bildirilib ki, İstanbul Aydın Universiteti ev sahibliyində EURAS, YÖK, DEİK, Yükseköğretim Kalite Kurulu, TÜBİTAK və s. qurumların birgə əməkdaşlığı ilə keçirilən konfrans çərçivəsində Avrasiya Universitetlər Birliyinə üzv ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə EURAS forumu keçirilib.

Sammit çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri aparılıb, təhsil sərgisi təqdim olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...