Təhsil 365 - Logo Mobile

Post-prodakşn müsabiqəsinin qalibləri məlum olub

5519.04.2025 - 06:59
Post-prodakşn müsabiqəsinin qalibləri məlum olub

Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.

“Tehsil365” xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılıb və 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilib.

Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulub.

Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.

Müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...