Təhsil 365 - Logo Mobile

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

8421.04.2025 - 07:53
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

"Tehsil365" xəbər verir ki, Ramin Abbasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb.

O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, Abbasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...