Təhsil 365 - Logo Mobile

Lənkəranda “Peşə sərgisi” keçiriləcək

8621.04.2025 - 09:22
Lənkəranda “Peşə sərgisi” keçiriləcək

Lənkəranda ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərinin “Peşə sərgisi” baş tutacaq.

“Tehsil365” xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Sərgidə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan və müxtəlif peşələrə yiyələnən yeniyetmələr il ərzində hazırladıqları əl işlərini nümayiş etdirəcəklər.

Sərgi aprelin 30-da Heydər Əliyev Xatirə Parkında baş tutacaq.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...