Təhsil 365 - Logo Mobile

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub - FOTO

8621.04.2025 - 16:51
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub - FOTO

Aprelin 21-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Mərkəzi Aran Regional Təhsil İdarəsinin yeni təyin olunan müdiri Həmid Qasımovu kollektivə təqdim edib.

“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən Eşqi Bağırov Həmid Qasımovu yeni təyinatı münasibətilə təbrik edib, ölkəmizdə son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə danışıb. O, bu təyinatın regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə inandığını qeyd edib.

İdarənin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən Həmid Qasımov ona göstərilən etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə icra edəcəyini vurğulayıb.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...