Təhsil 365 - Logo Mobile

Buraxılış imtahanında iştirak edə bilməyən Lənkəran məktəbliləri ilə bağlı AÇIQLAMA

9323.04.2025 - 06:30
Buraxılış imtahanında iştirak edə bilməyən Lənkəran məktəbliləri ilə bağlı AÇIQLAMA

Lənkəranda bir məktəbin bir neçə şagirdinin aprelin 20-də ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında iştirak edə bilməməsi ilə bağlı səslənən məlumatlara rəsmi münasibət bildirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Tehsil365"ə verilən məlumata görə, aprelin 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 21 şagirdi iştirak edib: “5 nəfərin isə imtahanda iştirak üçün tələb olunan arayışları imtahanın başlama saatından bir qədər gec imtahan rəhbərinə təqdim olunduğundan şagirdlər prosesdə iştirak edə bilməyiblər. Məktəblilərin may ayının 11-də keçirilməsi nəzərdə tutulan imtahanda iştirakı üçün DİM-in Lənkəran Regional Bölməsinə müraciət olunub”.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...